"Aztelekom” MMC tərəfindən elan olunmuş tenderlər təqdim olunmuş təkliflərin heç biri formal tələblərə cavab vermədiyindən ləğv edilib.
Eləcə də bax: Dövlət qurumunun 5 tenderi - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, tenderlər "Dövlət satınalmaları haqqında” qanununun 11-ci maddəsinin 2-ci bəndinə əsasən ləğv edilib.
Ləvğ edilən tenderlər aşağıdakılardır:
- "Avtonəqliyyat və xüsusi texniki vasitələrin təmiri və texniki qulluq xidmətinin” alınması;
- "Aztelekom” MMC-nin inzibati və texnoloji binasının 2-ci mərtəbəsinin xətt aparat sexində lambirin konstruksiyalı otaqların, həmçinin digər mərtəbələrdəki divarlarda lambirin üzlüklərin yanmayan materiallarla əvəz olunması işlərinin” alınması.