Eləcə də bax: Dövlət qurumunun 5 milyonluq tenderini bu şirkətlər uddu
Bu dövrdə ən böyük satınalmaları «Aqrolizinq» ASC (31,6 milyon manat), Gəncə şəhər icra hakimiyyəti (16,2 milyon manat) və «Azərişıq» ASC (11,8 milyon manat) həyata keçirib.
FED.az TENDER ən yüksək məbləğdə satınalmalar həyata keçirən ilk 10 dövlət qurumunun siyahısını təqdim edir.
Dövlət qurumları | Müqavilənin dəyəri (manat) | Müqavilənin sayı | Sentyabrda bağlanan müqavilələrdə xüsusi çəkisi(%) |
Aqrolizinq ASC | 31 652 100 | 5 | 21,67% |
Gəncə Şəhər İcra Hakimiyyəti | 16 195 725 | 3 | 11,09% |
Azərişıq ASC | 11 824 430 | 6 | 8,09% |
Meliorasiya və Su Təsərrüfatı ASC | 9 642 450 | 10 | 6,60% |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 8 506 698 | 4 | 5,82% |
İpoteka və Kredit Zəmanət Fondu | 6 843 137 | 3 | 4,68% |
Yaşıllaşdırma və Landşaft Quruluşu ASC | 6 584 180 | 1 | 4,51% |
Gənclər və İdman Nazirliyi |
5 832 160 | 8 | 3,99% |
Səhiyyə Nazirliyi İ | 5 705 760 | 8 | 3,91% |
Bakı Telefon Rabitəsi MMC | 4 616 529 | 10 | 3,16% |
Oktyabr ayında bütün dövlət satınalmalarının 79,9 milyon manatı və ya 54,7%-i 10 şirkətin payına düşür. Bunlardan ən yüksək məbləğdə müqavilə qazanan «Azfert» MMC olub. Bu şirkət «Aqrolizinq» ASC-nin tenderlərinin qalibidir – üst-üstə 3 müqavilə ilə 23 milyon manatlıq gübrə satacaq. «Aqrolizinq»ə 8,6 milyon manatlıq gübrəni isə «GBR Trade MMC» verəcək.
«Retro Holding» MMC isə «Azərişıq» ASC-nin bir müqaviləsi ilə 10 milyon manatlıq sifariş götürüb. Bu məbləğə Xızıdakı külək elektrik stansiyalarının istismara qəbulu və işə salınmasını həyata keçirəcək.
«Gəncə Körpü Tikinti-2» ASC isə GƏncə icra hakimiyətinin sifarişi ilə şəhərdə 10 milyon manatlıq iş görəcək – bu məbləğ şəhərin abadlaşdırılması, yolların təmiri və işıqlandırılmasınına sərf ediləcək. GƏncə ilə bağlı digər iri tenderi isə Ximekspress-2000 firması udub. Şirkət 6,2 milyon manat müqabilində şəhərdəki 148 binanı dam örtüyünü dəyişdirib təmir etməlidir.
Ən maraqlı müqavilələrdən birini «Kənan İnşaat və Ticarət MMC» bağlayıb. Ekologiya Nazirliyinin tərkibindəki «Yaşıllaşdırma və Landşaft quruluşu» ASC ilə bağlanan müqaviləyə görə, şirkət Çuxurdərə gölməçələrini ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftının bərpası ilə məşğul olacaq – bu işlərə 6,6 milyon manat xərclənəcək.
«Avalon-12» MMC və «Royal Construction» MMC konsorsiumu Əmək və Əhalinin Sosisla müdafiəsi nazirliyindən ümumi məbləği 6 milyon manata yaxın olan iki tender udub. Bunlardan biri – təqribən 3 milyon manatı Bakı protez ortopedik bərpa mərkəzin əsaslı təmirinin başa çatdırılmasıdır. Digər tender Bakının Nizami rayonu, Çobanzadə küçəsində Qarabağ əlilləri və şəhid ailələri üçün 12 mərtəbəli, 96 mənzilli binanın tikintisinin tamamlanmasına sərf ediləcək. «Unistone MMC» şirkəti isə GƏnclər və İdman Nazirliyindən 5,6 milyon manatlıq tender «qoparıb». Bu məbləğ Yardımlıdakı idman kompleksinin tikintisinin ikinci mərhələsinə sərf ediləcək.
“GNI Softvvare MMC” şirkəti isə İpoteka və Kredit Zəmanət Fondundan 3,9 milyon manatlıq müqavilə alıb. Bu vəsaitlə fond üçün avtomatlaşdırma sistemi qurulacaq.
Dövlət qurumları | Müqavilənin dəyəri (manat) | Müqavilənin sayı | Sentyabrda bağlanan müqavilələrdə xüsusi çəkisi(%) |
Azfert MMC | 22 997 600 | 3 | 15,74% |
Retro Holding MMC | 10 000 000 | 1 | 6,85% |
Gəncə Körpü Tikinti-2 ASC | 9 998 751 | 1 | 6,85% |
GBR Trade MMC | 8 610 000 | 1 | 5,89% |
Kənan İnşaat və Ticarət MMC | 6 584 180 | 1 | 4,51% |
Ximekspress-2000 firması | 6 173 373 | 1 | 4,23% |
Avalon-12 MMC və Royal Construction MMC konsorsiumu | 5 894 475 | 2 | 4,04% |
Unistone MMC | 5 570 486 | 1 | 3,81% |
Körpü-Bina-Tikinti MMC | 4 044 500 | 1 | 2,77% |
GNI Softvvare MMC | 3 838 540 | 1 | 2,63% |