İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin server otağında şəbəkə və əməliyyat sistemlərinin (Əsas Mərkəz + Backup Mərkəz + Ehtiyat Mərkəz), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazalarının, arxiv sistemlərinin (Əsas Mərkəz + Backup Mərkəz+ Ehtiyat Mərkəz) monitorinqi xidmətlərinin göstərilməsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Oracle məlumat bazalarının (Əsas Mərkəz + Ehtiyat Mərkəzinin məlumat bazalarının) monitorinqi və texniki dəstək xidmətinin göstərilməsinin, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) altsistemlərinin, Yeni AVİS2 informasiya sisteminin 3-cü və 4-cü mərhələləri (Reliz 3, Reliz 4) üzrə (Bəyannamə, Kargüzarlıq, Autentifikasiya) altsistemlərin dəstəklənməsi, İnternet vasitəsilə verilən xidmətlərin və vergi orqanlarının digər qurumlarla inteqrasiyası sisteminin, Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS-in), Beynəlxalq məlumat mübadiləsi sisteminin, elektron imzadan istifadənin dəstəklənməsinin, "Onlayn kassa" üzrə xidmətlər portalının proqram təminatının, Analitik təhlil-hesabat (BI - Business Intelligence) sisteminin, Banklar tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların təqdim edilməsi sisteminin, Azərbaycan Respublikasının İqisadiyyat Nazirliyinin yanındakı qurumların Elektron Sənəd Dövriyyəsi (ESD) sistemlərinin kommunikasiya şlyuzu (Hovuz) vasitəsilə inteqrasiyasının, Yeni elektron portalın ((e-Portal) Reliz 1, Reliz 2, Reliz 3, Reliz 4) dəstəklənməsinin, Nəzarət Mexanizm Qurğularının (NMQ) proqram təminatına monitorinq xidmətinin və Operatorlara bu proqramdan istifadəyə dair dəstək xidmətinin göstərilməsinin, Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması xidmətinin dəstəklənməsinin, "Öhdəliklər üzrə vergi ödəyiciləri ilə əlaqələrin idarə edilməsi" proqram təminatının dəstəklənməsinin (hesabatların təmin edilməsinin), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 195 Çağrı Mərkəzindən daxil olan sorğuların icrası ilə əlaqədar Dövlət Vergi Xidmətinin proqram təminatına texniki dəstəyin göstərilməsi, AVİS-in fəaliyyətini təmin edən lisenziyanın, SSL sertifikatının və domen adının satınalınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1300204521
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 18.01.2024 18:21
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.02.2024 10:00
Zərflərin açılış tarixi və vaxtı: 19.02.2024 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Gülşən Əliyeva, Böyük iqtisadçı
Email : [email protected]
Əlaqə telefonu : (012)4038034