“Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları aşkarlanıb”.
Eləcə də bax: "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi - HAZIRLANACAQ
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, hesabat ilində dövlət satınalmaları sahəsində nəzarət obyektlərinin nizamnamə ilə müəyyən edilmiş işləri kənar qurumlar vasitəsilə həyata keçirilməsi aşkarlanıb: “Dövlət satınalmalarının əhatə dairəsi genişlənməli, satınalmaların planlaşma hissəsinin əhatəliliyi artırılmalıdır. Dövlət satınalmaları sahəsində şəffaflığın artırılmasına ehtiyac var”. (Apa)