Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun müzakirəyə çıxarılıb.
Tender komissiyasının üzvlərinə nəzarət sərtləşir – 5 İLLİK QADAĞA
FED.az xəbər verir ki, “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi 10 fəsil, 59 maddədən ibarətdir.
Bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minəcək. Bu Qanun qüvvəyə mindiyi gündən “Dövlət satınalmaları haqqında” qanun ləğv ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.