Azərbaycanda dövlət satınalmaları zamanı pozuntular aşkar edilərsə həmin satınalmaya müsbə rəy verən tender komissiyası üzvlərinə qarşı sərt tədbirlər görüləcək.
Azərbaycanda etibarsız təchizatçılar barədə məlumatlar satınalmalar portalına - DAXİL EDİLƏCƏK
FED.az xəbər verir ki, bu hazırda Milli Məclisdə müzakirə olunan «Dövlət satınalmaları haqqında» yeni qanun layihəsində nəzərdə tutulur.
Qanunda xatırladılır ki, satınalma komissiyasının sədri və digər üzvləri bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidir.
Eyni zamanda qanunda bildirilir ki, satınalma komissiyası bu Qanunun və bu Qanundan irəli gələn normativ hüquqi aktların tələblərini pozduqda, təchizatçılar nəzarət orqanına müraciət edə bilərlər.
Nəzarət orqanı satınalmanın təşkili və keçirilməsi zamanı normativ hüquqi aktların pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir.
Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, satınalma komissiyanın sədri və digər üzvləri 5 il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilir.
Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində təchizatçıya maddi zərər dəymişdirsə və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdirsə, zərəri satınalan təşkilat ödəyir və bu barədə portalda məlumat dərc edir.