Dövlət Radiotezliklər İdarəsi (VÖEN – 9900038911) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti 2025-ci il üzrə illik maliyyə hesabatlarının müstəqil audit xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 29 min manat təşkil edir.
Tender 30 dekabr 2025-ci ildə dərc edilib. Təkliflərin son təqdim olunma və açılış vaxtı 27 yanvar 2026-cı ildir. Tenderdə iştirak haqqı 58 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs:Asəf Həsənov-Satınalmalar üzrə mütəxəssis [email protected] / +994 55 411 59 11
İddiaçılar təkliflərini 27 yanvar 2026-cı il, saat 17:00-a qədər Bakı ş., Droqal döngəsi, 702-ci məhəllə ünvanına təqdim edə bilərlər.











