Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə məxsus 3 satınalma ləğv olunub.
FED.az xəbər verir ki, qurumun maşın və avadanlıqlar satınalınması, nəqliyyat vasitələrinin cari təmiri və tikili və avadanlıqların cari təmiri ilə bağlı elan etdiyi 3 kotirovka sorğusuna yetərli sayda təchizatçı tapılmayıb və ləğv olunub.
Ləğv edilmə səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması göstərilir. Buna görə də satınalmada iştirak etmək üçün təklifi təqdim etmiş təchizatçəların sayı üçdən az olduğu üçün tender komissiyası satınalmanı ləğv edir.
Bu da “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən tənzimlənir.
Qeyd edək ki, ehtimal olunan qiymət maşın və avadanlıqlar satınalınması üzrə 650 manat, nəqliyyat vasitələrinin cari təmiri üzrı 1 500 manat, və tikili və avadanlıqların cari təmiri üzrə 500 manat idi.