Mərkəzi Neftçilər Xəstəxanası-nın tenderi ləğv edilib.
FED.az xəbər verir ki, “Mərkəzi Neftçilər Xəstəxanası” PHŞ-nin havalandırma sisteminin təmiri üçün ehtiyat hissələrinin alışı və quraşdırılmasının satın alınması ilə bağlı elan etdiyi satınalma proseduru ləğv edilib.
Tenderin ləğv edilmə səbəbi - satınalmada iştirak etmək üçün təchizatçıların sayının üçdən az olmasıdır. Bu səbəbdən “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən prosedur etibarsız sayılıb.
Xatırladaq ki, ləğv olunan tender üzrə ehtimal olunan qiyməti 112 min 046 manat idi.