“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““Server və şəbəkə avadanlıqlarının, lisenziyaların, proqram təminatlarının və dəstək xidmətinin göstərilməsi”nin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Oce Solutıon” MMC olub.
Qalib şirkətə 686 033 manat ödəniləcək.
Bu qiymətə daxildir 12 ədəd sviç tip (növ) №1, 53 ədəd fiber optik modulu, 1 ədəd hipervizor idarəetmə sistemi 1 illik dəstəyi ilə (müddətsiz), 16 ədəd virtuallaşdırma əs 1 illik dəstəyi ilə (müddətsiz), 8 ədəd server, 4 ədəd 13 bənd üçün care support 3 illik və 2 ədəd san switch lisenziya (müddətsiz).