“Enerji Məsələlərinin Tənzimləmə Agentliyi” PHŞ (VÖEN: 1603161411) tender elan edib.
Gəncədə yolların təmirinə 5 milyon xərclənəcək – ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Agentliyin balansında olan avtonəqliyyat vasitələrinin KASKO sığortalanması xidmətinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 12 min 268 manatdır.
Tenderin şərtlərinə görə, qurumun müxtəlif markalı 24 avtomobili KASKO sığorta olunmalıdır. Agentlik bir avtomobilin KASKO sığortası üçün təxminən 511 manat pul ayırıb.
Tenderdə iştirak haqqı və istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Kənan Novruzov / Böyük mütəxəssis / [email protected] / +994 12 598 16 53














