“Level Leasing ASC-nin (VÖEN: 2008033321) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq
FED.az biznes və maliyyə xəbərləri portlı xəbər verir ki, yığıncağın gündəliyinə “Level Leasing” ASC-nin 2025-ci il üzrə və 2026-cı ilin dekabr ayınadək olan dividentlərinin səhmdarlara verilməsi məsələsi daxil edilib.
Qeyd edək ki, “Level Leasing ASC 2023-cü ildə yaradılıb. Nizamnamə kapitalı 1 milyon 50 min manat olan şirkətin qanunu təmsilçisi Mirzəyev Həmid Mövsüm oğludur. Şirkət Bakı şəhəri, Xətai Rayonu, 8 Noyabr, ev. 36 hüquqi ünvanında yerləşir.
Xatırladaq ki, ötən il lizinq şirkətinin xalis mənfəəti 458,6 min manat olub. Bununla yanaşı, ötən ilin sonunda şirkətin cəmi aktivləri 8 milyon 564 min manat təşkil edib ki, bu da, illik müqayisədə 2 milyon 815 min manat (24,7%) azalıb.
Eyni zamanda ötən il şirkətin 739,4 min manat yığılmış zərəri olub. Bu da, ASC-nin cəmi kapitalının 310,4 min manata enməsinə səbəb olub.













