Dağlıq Şirvan Regional Təhsil İdarəsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Ağsu Nərgiz uşaq bağçası üçün daşınmaz əmlakın icarəyə götürülməsidir. Müqavilənin məbləği 6 000 manat təşkil edir.
Müqavilə Ağsu Rayon Kooperativ Cəmiyyəti (VÖEN – 3500010841) ilə bağlanıb.
Məlumat üçün bildirək ki, İdarə sözügedən uşaq bağçası binasının icarəsi ilə bağlı həmin cəmiyyətlə 2024 və 2025-ci illərdə də hər biri 4 800 manat olmaqla müqavilələr imzalamışdı.












