"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Agentliyin Qarabağ filialının yerləşməsi ilə bağlı ofis otaqlarının icarəsidir. Müqavilənin məbləği 28 568 manat təşkil edir.
Müqavilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Xankəndi" Mehmanxana Kompleksi (VÖEN – 8800003131) ilə bağlanıb.
Məlumat üçün bildirək ki, Agentlik bundan əvvəl də sözügedən qurumla Xankəndi şəhəri, 28 May küçəsində yerləşən ”Xankəndi” biznes mərkəzində tam təmirli ofis otaqlarının icarəsi ilə bağlı 6 678 manat məbləğində müqavilə imzalamışdı.












