Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda xidməti istifadə üçün nəzərdə tutulan müxtəlif təyinatlı malların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1700188251
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Xaqani küçəsi 123-129
Müsabiqənin başlama tarixi və vaxtı: 20.10.2023 16:23
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 13.11.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 21.11.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 22.11.2023 10:00
Ödəniş şərtləri : Mallar təqdim edildikcə köçürmə yolu ilə
Çatdırılma yeri : Xaqani, 123/129
Çatdırılma müddəti : 28.12.2023 cü ilədək
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
• Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisinin surəti (mənfəət vergisinin bəyənnaməsi 2022-ci ilin yekunlarına dair)
• Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
• İddiaçının Nizamnaməsi
• Qeydiyyatdan keçdiyi ölkə
• İddiaçının Rekvizitlər
• İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
• Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
• Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
İxtisas göstəriciləri:
Malgöndərinin kadr imkanları
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Qəribli Sevil, kadrlar şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012-598-33-06