Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təchizatı ilə bağlı bir sıra malların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 000 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1500016711
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Y.Bakuvi küçəsi 18
Müsabiqənin başlama tarixi və vaxtı: 20.10.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 14.11.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.11.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 23.11.2023 16:00
Ödəniş şərtləri : Sifarişçi İcraçıya 30 (otuz) faiz avans ödəyə bilər.
Çatdırılma yeri : Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Anbarı (ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 14 km)
Çatdırılma müddəti : Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən geci 30 dekabr 2023-cü il tarixinədək İcraçı tərəfindən Sifarişçiyə təhvil verilməsi başa çatdırılmalıdır.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Qeydiyyatdan keçdiyi ölkə
Nizamnamə
Rekvizitlər
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
iddiaçının 2022-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat
İxtisas göstəriciləri:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər
iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun ”Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli, təsdiqedici sənədlər əlavə olunmaqla (Əlavə 1)
Oxşar işlərə dair son 1 ildə bağlanmış müqavilələr barədə məlumat
Maliyyə imkanları
Texniki imkanları
İşlər üçün Iddiaçının nəzərdə tutduğu əsas avadanlıqlar və nəqliyyat vasitələri barədə aşağıdakılara uyğun olaraq bütün məlumatlar bildirilməlidir:
İşçilərin ixtisası və təcrübəsi:
Tender iştirakçısı cəlb edildiyi mövcud məhkəmə araşdırmaları haqqında məlumatlar
AZS ISO 9001:2020 sertifikatı
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – İlham Şixbabayev, Müdir müavini
Email: [email protected]
Əlaqə telefonu: 0124657348