Dənizkənarı Bulvar İdarəsi “Məlumatlandırıcı nişanların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Elcom” MMC olub.
Qalib şirkətə 181 844 manat ödəniləcək.
Bu qiymətə daxildir 57 ədəd daşınabilən nişan konstruksiyası, 62 ədəd beton əsaslı nişan konstruksiyası 2 üzlü nişan, 136 ədəd beton əsaslı nişan konstruksiyası 1 üzlü nişan, 5 ədəd beton əsaslı istiqamətləndirici nişan konstruksiyası, 105 ədəd nişan lövhəsi, 5 ədəd velosiped parklanması üçün 10 halqalı konstruksiya, 30 ədəd modul tipli daşınabilən nişan konstruksiyası, 7 ədəd məlumatlandırıcı nişan konstruksiyası və 12 ədəd beton əsaslı velosiped parklanma nişanı konstruksiyası.