İcbari Tibbi Sığorta Agentliyi növbəti tender elanının nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib “Caspian Supplies Aze” MMC seçilib
Qalib şirkətə 119 935 manat məbləğində müqavilə imzalanıb.
Sözü gedən tenderdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin istifadəsində olan Canon C3520i/3822i markalı printerlərə göstəriləcək 1 illik texniki servis xidmətlərinin, eyni zamanda toner və digər ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.