Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (VÖEN: 1000341661) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə Gəncə filialı üçün inzibati binanın icarə xidmətlərinin satın alınmasına aiddir. Layihənin ehtimal olunan qiyməti 42 min 126 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 18 sentyabr 2025-ci il saat 17:00-a kimidir. Zərflərin açılışı da həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 84.252 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, iyirmi beş manat istifadə haqqı da ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Elşən Mustafayev – təchizat və təminat şöbəsinin mütəxəssisi.
Əlaqə vasitələri: [email protected], (+994 012) 237 68 01 (1).
İddiaçılar təkliflərini 18 sentyabr 2025-ci il tarixinədək Bakı şəhəri, S.Ə.Şirvani küçəsi 3 ünvanına təqdim edə bilərlər.
İcarə üçün tələblər
Ərazi - Gəncə şəhəri, sahəsi minimum 1000 m2 (1000 m2-dən çox olan sahə üçün ödəniş nəzərdə tutulmur), otaq sayı - minimum 3, sanitar qovşaq sayı - minimum 2, Təmiri - tam təmirli
Qeyd: Təklif edilmiş icarə sahəsinin 1m2 -nin qiyməti və aşağıda qeyd edilmiş göstəricilərə uyğun olaraq qiymətləndiriləcəkdir.
Aşağıdakı tələblərə cavab verməyən təchizatçının təklifi qiymətləndirilməyəcəkdir.
Təyinat - İnzibati bina sahəsinin icarəsi üçün
Məqsəd - İşçilər üçün müəyyən standartlara cavab verən iş yerinin və iş şəraitinin yaradılmasıdır.
Tələblər: • Binanın yerləşdiyi ərazi Gəncə şəhərində olmalıdır.
• Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə malik sənəd olmalıdır.
• Təklif edilən ofislər daimi isti və soyuq su, işıq, istilik və soyutma sistemlərinə malik olmalıdır.
• İşıqlandırma və yanğınsöndürmə sistemləri tam və işlək vəziyyətdə olmalıdır.
• Ofislərin otaqlarının iç qapıları quraşdırılmış, divarları boya ilə boyanmış və ya divar kağızları ilə yapışdırılmış olmalıdır.
• Ofislərin otaqlarının döşəməsi (parket və ya laminat) vurulmuş, tavanı təmirli vəziyyətdə olmalıdır.
• Ofislərin iş otaqları pəncərəli olmalıdır.
• Binanın otaq sayı ən azı 5 ədəd (o cümlədən, 2 ədəd rəhbər otağı) • olmalıdır • 2 ədəd sanitar qovşağı.
• Tualet və vanna otaqları kafel və metlaxla üzlənmiş, santexnika avadanlıqları ilə təchiz olunmuş.
• Kommunikasiya xətləri mövcud olmalıdır.
• Mətbəx sayı 1 otaqdan az olmamalıdır. Ümumi sahəsi 10-15 m2 olmalıdır.
Müddət 1-il