Bakı Şəhər Əsaslı Tikinti və Təmir Məhdud Məsuliyyətli Cəmiyyəti elan etdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC üçün xidməti avtomobilin icarəyə götürülməsinin satın alınmasına aid olub.
Tenderin qalibi Akif Vəliəddin oğlu Nəcəfov olub. Qalib şəxsə 19 560 manat məbləğ ödəniləcək.
Avtomobilə verilən tələblər: 2024 və ya 2025 ci il istehsalı olan biznes klass tipli avtomaşın
Qeyd edək ki, bu şəxs 2022-ci ilin oktyabrında həmin qurumdan eyni adlı sorğunun qalibi olub. Həmin satınalmaya əsasən qalib şəxsə 19,2 min manat ödənilib.