Meliorasiya və Su Təsərrüfatı ASC keçirdiyi tenderlərin qalibini elan edib.
FED.az TENDER xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC bir gündə Körpü-Bina-Tikinti MMC ilə 3 müqavilə imzalayıb. Bu müqavilələrin predmeti aşağdakı kimi olub.
- Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri çərçivəsində Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərinin sahilbərkitmə işlərin alınması üzrə və dəyəri 497 min 500 manat olub.
- Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri çərçivəsində Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarının bərpası işlərin alınması və dəyəri 1 mln 492 min 500 min manat təşkil edib.
- Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər çərçivəsində Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin satın alınması üzrə , dəyəri 895 min 500 manat olan müqavilə bağlanılıb.
Bu 3 müqavilənin ümumi dəyəri 2 mln 885 min 500 manat təşkil edib. Müqavilələr 10.12.2018 tarixində bağlanılıb.
Dövlət qurumu bir gündə 3 milyonluq müqavilə imzalayıb
15:40
14 Dek 2018