“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” PHŞ (VÖEN: 1308009551) tender elan edib.
Dövlət qurumu sığortaçı axtarır – TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Agentlik tərəfindən könüllü tibbi sığorta xidmətinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 414 min 419 manatdır.
Tenderin şərtlərinə görə, təchizatçı şirkət dövlət qurumunun 527 əməkdaşını könüllü tibbi sığortasını qarşılamalıdır. Agentlik bir nəfərin sığorta xərclərinin təxminən 786 manat olacağını proqnozlaşdırıb.
Tenderdə iştirak haqqı 350 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Pərvin Qüdrətli / Böyük mütəxəssis / [email protected] / +994 55 698 63 98














