Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC (VÖEN: 1302005671) yeni satınalma müqaviləsi imzalayıb.
Dövlət qurumu 61 min manatdan 20 avtomobil alır – TENDER, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət qurumu 25 yeni LADA Niva markalı avtomobilin satın alınması ilə bağlı “Azərmaş Group” MMC (VÖEN: 1404517221) ilə müqavilə imzalayıb. İmzalanmış müqavilənin dəyəri 637,5 min manat təşkil edib. Bir avtomobil üçün ödənilmiş məbləğ 25,5 min manat olub.
Qeyd edək ki, “Azərmaş Group” MMC-ə 2019-cu ildə VÖEN verilib. Nizamnamə kapitalı 3 milyon 10 manat olan şirkətin qanuni təmsilçisi Adıgözəlov Rövşən Rəfail oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev.195, m.8 hüquqi ünvanında yerləşir.














