Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs nəqliyyat vasitəsinin satınalınması üzrə açıq tender elan edir.
FED.az xəbər verir ki, tender 1 lot üzrə nəqliyyat vasitəsinin satınalınması məqsədilə keçirilir.
İddiaçılar tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 9 yanvar 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər. Təklif zərfləri 10 yanvar 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Tenderdə iştirak haqqı 500 manatdır.