Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir.
Nazirliyin 7,4 milyon manatlıq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki, elanda Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün yerləşəcəyi binanın daxilində ümumi sahəsi 550 m² olan, təhlükəsiz və rahat giriş-çıxışa malik arxiv sahəsinin 12 aylıq icarəsi nəzərdə tutulur.
Bununla yanaşı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı, Fondun Aparatı, Fərdi uçota nəzarət və sosial sığorta, eləcə də Layihələrin idarə olunması departamentləri üçün isə minimum 6 avtomobil üçün dayanacaq yeri olan 5040 m² sahəyə malik ofis binasının 12 aylıq icarəsi planlaşdırılır.
Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1300050781
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80
Ehtimal olunan qiymət: 1.375.560,00 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 03.07.2025 11:00
Zərflərin açılış tarixi və vaxtı: 03.07.2025 11:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Zeynəb Axundova, Böyük mütəxəssis
Email : [email protected]
Əlaqə telefonnu: +994 41 253 02 90 (3)