Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən növbəti iri həcmli tender proseduru ləğv edilib.
14 milyonluq alış dayandı: Nazirliyin tenderləri niyə ləğv edildi?
FED.az xəbər verir ki, bu dəfə söhbət respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınmasından gedir.
Tender müsabiqəsinin ehtimal olunan dəyəri 7.428.982,88 AZN olaraq müəyyən edilmişdi. Tender 07 may 2025-ci il saat 16:30-da dərc olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı 11 iyun 2025-ci il saat 17:00-a təyin edilmişdi.
Lakin müsabiqənin nəticəsi olaraq nəzarət orqanının qərarı ilə satınalma prosesi ləğv edilib. İctimaiyyətə ləğv qərarının səbəbləri detallı şəkildə açıqlanmayıb.