Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi “Fam Food” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Bakıda keçirilən İnvestisiya Forumu 6 milyona başa gəlib – 7 MÜQAVİLƏ, QALİB ŞİRKƏTLƏR, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində Ədliyyə Nazirliyinin Tibb baş idarəsində və onun tabe qurumlarında 2026-ci ildə keçiriləcək təlimlərdə nahar və kofe fasilələrinin təşkil edilməsi xidmətlərinin satın alınması nəzərdə tutulub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 10 min 246 manat təşkil edib.
Bu müqavilə “Fam Food” MMC-nin il ərzində imzaladığı üçüncü satınalma müqaviləsidir. Şirkət bundan əvvəl “Dənizkənarı Bulvar İdarəsi” PHŞ-yə 13 min 909 manatlıq iaşə xidmətləri satıb. Daha əvvəl isə Dövlət Radiotezliklər İdarəsinə 51 min 864 manatlıq iaşə xidməti satışı həyata keçirib.
Şirkətin imzaladığı üç müqavilənin ümumi dəyəri 76 min 19 manat təşkil edib.
Qeyd edək ki, “Fam Food” MMC 2023-cü ildə yaradılıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Cəfərzadə Məhəmməd Aslan oğludur. Şirkət Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə, ev.15, m.55 hüquqi ünvanında yerləşir.













