Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi reklam işləri üçün keçirdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "JUGAAD" MMC olub.
Eləcə də bax: Dənizkənarı Bulvar İdarəsi auditor seçib - MƏBLƏĞ
Agentlik mətbuatda elan, bildiriş və reklamların verilməsi, reklam məqsədli təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması, məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması üçün şirkətlə 33 min 800 manatlıq müqavilə bağlayıb.
Başlıq |
Açıqlama |
Miqdar |
|
Təbliğat və təşviqat xarakterli video və audio materialların hazırlanması |
1 dəqiqəlik infoqrafik videoların hazırlanması - Video Full HD (1920*1080) formasında, video animasiyalı (motion qrafika), professional şəkildə səsləndirilməli. |
10 |
ədəd |
Veb saytın yenilənməsi və saxlanılması |
PHP formatında hazırlanmış səhifənin (www.akia.gov.az) proqramçı tərəfindən sturukturunda dəyişikliklər edilməsi, APİ-lərin inteqrasiyası və məlumatların mütəmadi olaraq səhifəyə əlavə edilməsi və dəstəklənməsi |
4 |
ədəd |
Kütləvi informasiya işlərinin aparılması (mediada yerləşmə) |
İl ərzində məlumatlandırıcı və hesabat xarakterli yazıların online və ya çap mətbuatda yerləşdirilməsi. KİV seçimi yüksək reytinqli olmalı (ən çox oxunan) və yazılar çox oxunan hissədə yerləşdirilməlidir (online olduğu halda 1 gün tam görünməlidir). Həmin onlayn KİV-dən "backlink"lərin alınması hesabatda xarakterizə edilməlidir. |
15 |
ədəd |
Press konfransın təşkili |
KİV-lər və digər maraqlı tərəflər üçün məlumatlandırıcı və hesabat xarakterli press konfransın təşkil olunması, press konfrans üçün lazımı vasitələrlə təmin etmə (müasir konfrans otağı, qulaqcıq, kofe və s. təşkil edilməklə) |
3 |
ədəd |
Bədii tərtibat (dizayn) işləri |
Uyğun materialların dizayn olunması (flier, poster, booklet və s.). Dizaynlar izometrik formata uyğun olmalı, fikri asanlıqla kütləvi auditoriyaya çatdırmalıdır. |
14 |
ədəd |
Təbliğat və təşviqat xarakterli materialların yayılması |
AKİA facebook səhifəsində məlumatların reklamla kütləvi olaraq çatdırılması, analitikası və 10%-dən yuxarı CTR dərəcəsinin təmin edilməsi. |
1 |
ədəd |