"Dənizkənarı Bulvar İdarəsi" audit xidməti üçzrə elan etdiyi tenderinin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Abak-Az Crowe LTD” MMC olub.
Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxsin və tabeliyindəki təşkilatların (4 təşkilat) 31.12.2019-cu il tarixə maliyyə hesabatlarının və Konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün “Abak-Az Crowe LTD” MMC ilə 10 min manatlıq müqavilə imzalanıb.