İcbari Tibbi Sığorta Agentliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tender “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə bağlıdır.
Qalib şirkət "LV Shipping Caspian" MMC (VÖEN: 1504055871) seçilib.
Şirkətlə dəyəri 16 920 484 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"LV Shipping Caspian" MMC ən son yenə agentliklə 10 395 000 manat məbləğində "Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması" tenderi üzrə müqavilə bağlayıb.