İcbari Tibbi Sığorta Agentliyi təmir işləri ilə bağlı təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, təkliflər sorğusu “Yeni klinika” tibb müəssisəsinin inzibati binasının 15-ci mərtəbəsinin əsaslı təmiri işlərinin satın alınması ilə bağlıdır.
Satınalan təşkilatın email ünvanı: [email protected], [email protected].
Faks nömrəsi: 0123100770
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 05.04.2023 10:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 20.04.2023 16:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.