İcbari Tibbi Sığorta Agentliyi "Tibb müəssisələrinin tibbi oksigen qazı ilə təmin olunması xidmətləri" tenderinin nəticələrini elan etdi.
FED.az xəbər verir ki, tenderin qalibi "Tibb Texnikasının Təmiri Zavodu" ASC olub.
Qalib şirkətə 1 380 600 manat ödəniləcək.
Həmin şirkət bundan əvvəl Müdafiə Nazirliyinin 77 880 manat dəyərindəki "Tibbi oksigen qazının satın alınması" tenderinin qalibi seçilib (05.01.2022 ).