Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq.
Eləcə də bax: Daha bir İcra Hakimiyyəti yolları bərpa etdirir - TENDER ŞƏRTLƏRİ
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı Dövlət Layihə İnstitutu ilə 198,76 min manat məbləğində müqavilə bağlayıb.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 500 min manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.