Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tenderini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nümayəndəlik Beyləqan şəhərinin küçələrində yolların təmiri işlərinin satın alınması üzrə tender elan edir.
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
08.12.2021 saat 17:00 - a kimidir.
Qeyd edək ki, tenderdə iştirak haqqı 150 manatdır. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə "düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Təşkilati və hüquqi sənədlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır
Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin notarial təsdiq forması əlavə edilməldir – pdf formatda portala əlavə edilməli
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə)
İddiaçının rəsmi blankında imzalı təsdiqli (hansı Şirkət subpodratçı olacaq)
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin icra edilməsi üçün Lisenziya
Müvafiq orqan tərəfindən təqdim olunmuş olmalıdır
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Statistika komitəsi tərəfindən əldə edilmiş olmalı sənəd –pdf formatda portala əlavə edilməlidir
İddiaçının Rekvizitlər
Şirkətin bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı – pdf formatda portala əlavə edilməlidir
Qeydiyyatdan keçdiyi ölkə
Şirkətin Dövlət reyesterindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və vöeni notarial təsdiq olunmuş pdf formatda əlavə edilməlidir
İddiaçının Nizamnaməsi
Şirkətin Nizamnaməsi (əgər dəyişiklik olmuş- dursa dəyişikliklə birlikdə) notarial təsdiq olunmuş pdf formatda pdf portala əlavə edilməlidir
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Tender elanı tarixindən sonrakı tarixə Bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli skan olunmuş şəkildə - pdf formatda portala əlavə edilməlidir
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış
Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. məktubun əsli skan olunmuş şəkildəvə ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması - pdf formatda portala əlavə edilməlidir
İxtisas göstəriciləri:
Malgöndərinin kadr imkanları
Əsas şərtlər toplusuna əsasən
Malgöndərənin texniki imkanları
Əsas şərtlər toplusuna əsasən
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
Əsas şərtlər toplusuna əsasən
İddiaçının işlərin həyata keçirilməsi üçün maliyyə imkanlarının olması
Əsas şərtlər toplusuna əsasən
Qeyd olunmuş prosedurlar üçün mətn
Tender təklifi
Texniki təklif: 30 bal
İşlərin (malların) funksional xüsusiyyətlərinə görə
10
Əsas şərtlər toplusuna əsasən
Görülmüş işlərə verilən illik istismar müddəti (müqavilə öhdəliklərinə əsasən)
10
Əsas şərtlər toplusuna əsasən
İşlərin (malların) təhvil verilmə müddətinə görə
10
Əsas şərtlər toplusuna əsasən
Qiymət təklifi:: 70 bal
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin qiymətinin təsviri
70
Bütün vergi və rüsumlar daxildir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Raman Nağıyev | Baş Mühasib | [email protected] | 0212251291 |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.