“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Balaxanı qəsəbəsində Bakı Şəhər İcra Hakimiyyəti tabeliyindəki təşkilatlar üçün təsərrüfat səhəsinin tikintisinin satın alınması üzrə tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 2 000 manatdır və son müraciət tarixi 23 sentyabr 2022-ci ilə kimidir.
Əlaqələndirici şəxs – Əhməd Məmmədov, 050-612-15-27).
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Təşkilat – Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Hh- AZ22IBAZ38030019446253269215
VÖEN-1702563281
Kod- 805625
VÖEN- 9900001881
M/h- AZ03NABZ01350100000000002944
SWİFT-IBAZAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə ;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətlərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 120 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə aid son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);
- müəssisənin rəhbərinin məhkumluq haqqında arayışı (notarial təsdiqli);
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat;
- tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 15 sentyabr 2022-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərinini isə möhürlənmiş ikiqat zərfdə Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 23 sentyabr 2022-ci il saat 12.00-a qədər təqdim etməlidirlər.
İddiaçıların təklifləri 26 sentyabr 2022-ci il saat 12.00-da Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.