“Azərsu" ASC “Azərsu” ASC-nin daxili vəsaiti hesabına Kipkəc, paranit və araqatının satın alınması” adlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderdə "Universal Pro" Qapalı Səhmdar Cəmiyyəti qalib gəlib. Şirkətlə 361 min 903 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, şirkət həmçinin "Azərenerji" ATSC-nin 859 min 546 manat dəyərində “Tikinti mallarının satınalınması” (23.09.2022) və "Bakı Metropoliteni" QSC-nin 222 min 022 manat dəyərində ““Bakı Metropoliteni” QSC üçün müxtəlif növ akkumulyatorların satın alınması” (29.07.2022) tenderlərinin də qalibi olub.