Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC Füzuli şəhərində növbəti yaşayış binalarının tiknitisi üzrə tender elan edib.
Eləcə də bax: "MİDA" böyük tender elan edir - TENDER ŞƏRTLƏRİ
FED.az xəbər verir ki, tender şərtlərinə əsasən, 8,90 ha torpaq sahəsində - 19, 20, 21, 22, 23 və 24 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 1200 manatdır, əlavə məlumatı isə isə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) allmaq olar.
Tenderin maraqlı cəhəti potensial iştirakçılar üçün tətbiq edilən şərtlərdir. MİDA-nın şərtlərindən aydın olur ki, bu tenderə indiyədək yalnız müəyyən tikinti həcmini yerinə yetirmiş və iri dövriyəyə malik şirkətlər iştirak edə bilərlər. Belə ki, tenderdə iştirak etmək üçün tələb olunan sənədlər aşağıdakılardır:
lPodratçının son 3 (üç) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
lPodratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
lPodratçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surəti;
lPodratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);
- Podratçının son 3 (üç) il (2019-2021) ərzində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15 000 (on beş min) m2 təşkil etməlidir;
- Podratçının son 3 (üç) il (2019-2021) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır.
Tenderdə iştirak üçün tələb olunan sənədlər 18 oktyabr 2022-ci il saat 17:00-dək, tender təklifləri isə 26 oktyabr saat 17:00-dək təqdim edilməlidir. Tender təklifi zərfləri 27 oktyabr 2022-ci il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.