FED.az TENDER xəbər verir ki, “Azərsu” ASC daxili vəsaiti hesabına inzibati xətalara və cinayət işlərinə dair məhkəmə instansiyalarında vəkilin iştirakının təmin edilməsi ilə bağlı hüquqi xidmətlərin satınalınması məqsədilə kotirovka sorğusu elan edir
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs Ağaəli Mirzəyevə, 431 47 67/2246 müraciət edə bilərlər.
Eləcə də bax: Teatrın təmiri üçün 11 milyonluq müqavilə bağlanıb
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 19 dekabr 2018-ci il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Təkliflər “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 20 dekabr 2018-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər
“Azərsu” ASC vəkil axtarır – KOTİROVKA SORĞUSU
11:25
15 Dek 2018