FED.az TENDER xəbər verir ki, “Azərsu” ASC smart kart tipli öncədən ödənişli su sayğacları üçün litium batareyalarının satınalınması məqsədilə kotirovka sorğusu elan edir
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs - mühəndis Hikmət Qasımova [email protected] +994124314767 (2249) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 21 noyabr 2018-ci il saat 15.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda inzibati binasında 22 noyabr 2018-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
“Azərsu” ASC sayğaclar üçün batareyalar alır – KOTİROVKA SORĞUSU
13:44
17 Noy 2018