FED.az TENDER xəbər verir ki, “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi mexaniki mal-materialların satınalınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A, “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsinin təchizat şöbəsinə (əlaqələndirici şəxs- mühəndis Ədalət Mustafayevə +99455-510-71-84) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 11 dekabr 2018-ci il saat 15.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı, Mir Cəlal küçəsi 34 A nömrəli ünvandakı inzibati binasında 12 dekabr 2018-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
“Azərsu” ASC mal-material alır – KOTİROVKA SORĞUSU
11:44
10 Dek 2018