FED.az TENDER  xəbər verir ki, “Azərsu” ASC Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə Sukanal və Şəki Sukanal TSC-lərin və “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin 2017-ci il üzrə maliyyə hesabatlarına dair audit xidmətlərinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs- satınalmalar üzrə mühəndis İntizam Novruzova, [email protected] +99412 431 47 67 (2248) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 30 noyabr 2018-ci il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. 
Kotirovka təklifləri “Azərsu” ASC-də Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda  3 dekabr 2018-ci il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
 
 
                                                    
                                                    
                    “Azərsu” ASC auditor axtarır – KOTİROVKA SORĞUSU
                            
                            
                        
                            09:30
                            28 Noy 2018
                        
                        

            


                
                
                
                
                
                
                
                
                
                
                
                







