“Azəristiliktəchizat” ASC-nin 2022-ci il dekabrın 31-nə birləşdirilmiş (konsolidə edilmiş) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun (MHBS) auditi xidmətlərinin keçirilməsinin satın alınması məqsədilə keçirilən tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2023- cü il mayın 11-də elektron portal vasitəsi ilə keçirilmiş açıq tenderinin nəticələrinə əsasən “UHY AUDİT” MMC qalib elan olunub.
Həmin MMC ilə 2023-cü il iyulun 3-də müvafiq satınalma müqaviləsi bağlanılıb.