“Azəristiliktəchizat” ASC qazanxana və istilik şəbəkələri üçün müxtəlif diametrli (tikişsiz) boru və aksesuarların satın alınması məqsədilə açıq tender elan edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 (əlaqələndirici şəxs -Rafiq Əliyevdən, telefon - 579 -52- 98 nömrəli ünvandan ala bilərlər).
İştirak haqqı 220 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
H/h- AZ62AİİB33010019442200226122
VÖEN-1700531291
“Kapital Bank”ın Qaradağ filialı
Kod- 200220
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
SWİFT- AİİBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
-digər sənədlər:
- Satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- Dövlət Statistika Komitəsindən mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti olması barədə arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması barədə müvafiq dövlət orqanından arayış.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 avqust 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31 avqust 2021-ci il saat 11.00-a qədər "Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 1 sentyabr 2021-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.