“Azəristiliktəchizat” ASC 2018-ci il dekabrın 31-nə bitən il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3-ə (əlaqələndirici şəxs - Rafiq Əliyev, telefon -(+99412) 579 52 98) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 19 aprel 2019-cu il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Kotirovka təklifləri “Azəristiliktəchizat” ASCnin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 nömrəli ünvanda yerləşən inzibati binasında 22 aprel 2019-cu il saat 16.00-da açılacaqdır.