“AzerGold” QSC qiymət təklifi sorğusuna dəvət edir.
FED.az xəbər verir ki, sorğuda fotoçəkiliş avadanlığının və onun üçün zəruri olan malların satın alınması nəzərdə tutulur.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 16 avqust 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Qiymət təklifi sorğusunda iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan mal/material, iş və ya xidmətlər haqqında məlumat;
- Xidmətlərin göstərilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar qiymət təklifi sorğusu üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra qiymət təklifi sorğusu şərtlərini əldə edə bilərlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Malların siyahısı:
№ |
Malların adı |
Ölçü Vahidi |
Miqdarı |
1 |
Fotokamera: - Səssiz çəkiliş sürəti: saniyədə azı 20 kadr; - Çəkiliş keyfiyyəti: 4K 60p- yə qədər; - Azı 20 meqapiksel; - Kameranın çəkisi: 800 qramdan çox olmamalıdır - ISO 102400 standartına malik olmalıdır |
ədəd |
1 |
2 |
Obyektiv (təklif olunacaq fotokamera üçün) |
ədəd |
1 |
3 |
Obyektiv keçiricisi (təklif olunacaq fotokamera üçün) |
ədəd |
1 |
4 |
Yaddaş kartı (təklif olunacaq fotokamera üçün) |
ədəd |
2 |
5 |
Batareya tutacağı (təklif olunacaq fotokamera üçün) |
ədəd |
1 |
6 |
Batareya (təklif olunacaq fotokamera üçün) |
ədəd |
2 |
7 |
İşıq (təklif olunacaq fotokamera üçün) |
ədəd |
2 |
8 |
NAS (şəbəkəyə əlavə olunmuş yaddaş sistemi ) |
ədəd |
2 |
9 |
3.5" HDD (Hard disk) |
ədəd |
11 |
10 |
Çanta (təklif olunacaq fotokameranın daşınması üçün) |
ədəd |
1 |
- İcraçı tərəfindən Mallar Müqavilə imzalandıqdan sonra 1 (ay) ərzində AzerGold” QSC-nin Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında yerləşən baş ofisinə çatdırılmalı və Sifarişçiyə tam şəkildə təhvil verilməlidir.
Təchizatçılar QTSMX 4 - də göstərilən sənədləri, həmçinin qiymət təklifi və qiymət təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 17 avqust 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 18 avqust 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.