“AzerGold” QSC qiymət təklifi sorğusuna dəvət edir.
FED.az xəbər verir ki,sorğuda yanğın siqnalizasiya sistemi avadanlıqlarının alınması, quraşdırılması və siqnalizasiya sisteminə texniki xidmətin satın alınması nəzərdə tutulur.
Qiymət təklifi sorğusu iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az satınalmalar bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə qiymət təklifi sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar qiymət təklifi sorğusu şərtlərini əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 11 avqust 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Qiymət təklifi sorğusunda iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan mal/material, iş və ya xidmətlər haqqında məlumat;
- Xidmətlərin göstərilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
- Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
- Aşağıdakı lisenziyaların notarial qaydada təsdiq olunmuş surəti:
- Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirinə dair
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar qiymət təklifi sorğusu üzrə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra qiymət təklifi sorğusu şərtlərini əldə edə bilərlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Xidmətlərin siyahısı:
S/S
|
Malların/Xidmətlərin/İşlərin adı |
Ölçü vahidi |
Miqdarı |
||||
ÇFES-də yeni tikilən otaq və kern anbarı üçün siqnalizasiya sistemi avadanlıqlarının alınması və quraşdırılması və 4-cü posta mərkəzləşdirilməsi |
|||||||
1 |
Yanğın paneli |
ədəd |
1 |
||||
2 |
Yanğın panelinin quraşdırılması |
dəfə |
1 |
||||
3 |
Kabel 2*2*0.8 mm |
metr |
600 |
||||
4 |
Kabel 2*2*0.8 mm quraşdırılması |
metr |
600 |
||||
5 |
Kabel kanalı |
metr |
600 |
||||
6 |
Kabel kanalının quraşdırılması |
metr |
600 |
||||
7 |
Giriş modulu (marka: bolid) |
ədəd |
3 |
||||
8 |
Giriş modulunun (marka: bolid) quraşdırılması |
dəfə |
3 |
||||
ÇFES-də SƏTƏM təlim otağı, SƏTƏM anbarı, Müşahidə otağı, ADE zavodunun 8 ədəd anbarı, 2 ədəd kern anbarı, emalatxana üçün siqnalizasiya sistemi avadanlıqlarının alınması və quraşdırılması və nəzarət buraxılış məntəqəsinə mərkəzləşdirilməsi |
|||||||
1 |
Tüstü detektoru |
ədəd |
18 |
||||
2 |
Tüstü detektorunun quraşdırılması |
dəfə |
18 |
||||
3 |
Kabel 2*2*0.8 |
metr |
450 |
||||
4 |
Kabel 2*2*0.8 quraşdırılması |
metr |
450 |
||||
5 |
Kabel kanalı |
metr |
350 |
||||
6 |
Kabel kanalının quraşdırılması |
metr |
350 |
||||
Satış və mübadilə mərkəzi (Bakı şəhəri, Səbail rayonu Bülbül prospekti 3) |
|||||||
1 |
Yanğın panelinin akkumulyatoru (12V 7A) |
ədəd |
2 |
||||
2 |
Yanğın panelinin akkumulyatorunun (12V 7A) quraşdırılması |
dəfə |
2 |
||||
“AzerGold” QSC-nin layihələri üzrə yanğın siqnalizasiya sisteminə texniki xidmət göstərilməsi |
|||||||
1 |
Çovdar Filiz Emalı Sahəsi üzrə |
dəfə |
4 |
||||
2 |
Satış və mübadilə mərkəzi (Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 3) üzrə |
dəfə |
4 |
||||
3 |
Filizçay sahəsi üzrə |
dəfə |
4 |
- İcraçı Malları Müqavilə imzalandıqdan sonra 1 (bir) ay müddətində, Xidmətləri isə Sifarişçinin yazılı sifariş(lər)i əsasında, bu cür sifarişlərdə müəyyən edilən tarixlərdə və müddət(lər)də icra etməlidir/təhvil verilməlidir.
- İcraçı tərəfindən Qiymət Cədvəlində əks olunan “AzerGold” QSC-nin layihələri üzrə yanğın siqnalizasiya sisteminə texniki xidmətin göstərilməsinə dair Xidmətlər Müqavilə imzalandıqdan 1 (bir) il ərzində Sifarişçinin yazılı sifarişləri əsasında, bu cür sifarişlərdə müəyyən edilən tarixlərdə və müddət(lər)də həyata keçirməlidir.
Təchizatçılar QTSMX 4 - də göstərilən sənədləri, həmçinin qiymət təklifi və qiymət təklifinin təminatını möhürlənmiş, imzalanmış və ikiqat zərfdə 14 avqust 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Qiymət təklifi sorğusu üzrə təklif zərflərinin açılışı 15 avqust 2023-cü il saat 15:30-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.