2020-ci ildə Azərbaycanda dövlət təşkilatları tərəfindən tenderlər və kotirovka sorğusu əsasında həyata keçirilən dövlət satınalmalarının həcmi 2019-cu illə müqayisədə 14,8% - 6 milyard 567 milyon 210,1 min manatadək artıb.
Eləcə də bax: Azərbaycanda dövlət satınalmalarına dair şikayətlərin sayı - 2,1 Dəfə Artıb
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.
2020-ci ildə dövlət strukturları tərəfindən ümumilikdə 9,203 min tender və kotirovka sorğusu (müsabiqələr) keçirilib və 2019-cu illə müqayisədə onların sayı 19,7% azalıb.
Tenderlər və kotirovka sorğusu üsulu ilə satınalmaların həyata keçirilməsi 305,478 milyon manat məbləğində vəsaitə (artım 12,8%) və ya dövlət satınalmalarının dəyərinin 8,3%-nə qənaət etməyə imkan verib.
2020-ci ildə 5,161 min kotirovka sorğusu keçirilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 18,4% azdır. Kotirovka sorğusu üsulu ilə həyata keçirilən dövlət satınalmalarının ümumi dəyəri cəmi 111,537 milyon manat təşkil edib.
Azərbaycanda dövlət satınalmalarının dəyəri 50 min manatdan artıq olduqda dövlət strukturları tərəfindən tender keçirilməlidir. (İnterfax Azərbaycan)