Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bank xidmətlərinin alınması üçün açıq tender elan edib.
Mərkəzi Bankın bu tenderi - BAŞ TUTMADI - SƏBƏB
FED.az xəbər verir ki, tender Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması üzrə edan edilib.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi, 80 (Əlaqə telefonu: (012) 434-52-59, e.poçt: [email protected]) ünvanında yerləşən fondun Aparatının inzibati binasından ala bilərlər.
İştirak haqqı: 215,00 (iki yüz on beş) manat
VÖEN: 1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
H/h: AZ46CTRE00000000000007018504
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22
Büdcə gəlirlərinin təsnifat kodu: -142330
Büdcə səviyyəsinin kodu : - 4
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 29.4-cü maddəsinə əsasən tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, bank lisenziyası (sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti) və rekvizitləri;
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
4. Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti); 01.09.2022-ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir;
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-ci il üzrə);
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına dair müstəqil auditorun hesabatı;
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd (malgöndərən (podratçı) tərəfindən hazırlanır);
8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd (notarial təsdiq edilmiş);
9. İri sahibkarlıq meyarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır); 10.05.2022-ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir;
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti); 01.09.2022-ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir;
11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır; 01.09.2022-ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 12.01.2023-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 23.01.2023-cü il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi, 80 ünvanında yerləşən fondun Aparatının inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 24.01.2023-cü il saat 17:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi, 80 ünvanında yerləşən fondun Aparatının inzibati binasında Tender komissiyasının iştirakı ilə aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası