Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi "Baytarlıq xidmətləri üçün avadanlıqların və ləvazimatların satın alınması" üzrə tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "AKSH" MMC seçilib. Tenderin dəyəri 1 milyon 179 min 830.32 manatdır.
Agentlik 6 növdə 5400 avadanlıq üzrə qalib şirkətə 1 milyon 179,8 min manat ödəyəcək.
Qeyd edək ki, şirkət bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin 249 min 735.2 manat dəyərindəki "Müxtəlif mal-materialların satınalınması" tenderinin qalibi seçilib.