Aqrar Xidmətlər Agentliyi “Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün reaktiv, reagent və dezinfeksiya vasitələrinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Union” olub. Şirkətlə 1 milyon 251 min 289.759 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin 44 min 231 manat dəyərindəki “Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin "Baytarlıq dərmanlarının və heyvan üçün birkaların satınalması“ tenderi üzrə müqavilə imzalanıb (25.05.2021) .